Hibrid avtomobillərin qiyməti bahalaşıb?

11:47 - 16.03.2022


16 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi avtomobil sektorunda bəzi maşınların qiyməti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) ötən ay apardığı analizlərdə öz əksini tapıb.

Belə ki, bazarda ay ərzində cüzi, 1.7 faiz qiymət artımları müşahidə olunub.

Ay ərzində Avro 5 standartlı benzindən istifadə edilən avtomobillərə tələbin azalması müşahidə olunub.

Bununla belə, mühərrik gücü 2.4 kubmetrədək olan və istehsal ili 2014 və 2020-ci illər arası avtomobillərə tələb yüksəlib. Onların qiymətində 4.0 faiz artım qeydə alınıb. Ayın sonuna doğru Rusiya istehsalı olan avtomobillərin qiymətində də 2.5 faizə yaxın artım qeydə alınıb. Bu, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Rusiya isteshalı olan avtomobillərin idxalında çətinliklərin olacağı proqnozu ilə bağlıdır.

Fevral ayında hibrid avtomobillərə də tələb artıb. Yeni istehsal olunan hibrid avtomobillərinin qiyməti 7.0 faiz azalsa da istehsal ili köhnə olan və xüsusən də Yaponiyada istehsal olunan hibrid avtomobillərdə 5.0 faizə yaxın qiymət artımı müşahidə olunub.

Bütün xəbərlər