Çinin 2 şirkəti 10 min işçini ixtisar edəcək

16:40 - 16.03.2022


16 mart, Fineko/abc.az. Çinin texnoloji nəhəngləri on minlərlə işçisini işdən çıxarmağa hazırlaşır.

ABC.AZ xəbər verir ki, "Tencent Holdings" və Çinin ən böyük texnologiya şirkətlərindən biri olan Alibaba Group on minlərlə işçini ixtisar etməyi planlaşdırır.

Alibaba Group və Tencent Holdings Çində tənzimləyici təzyiqlər davam etdiyi üçün ümumilikdə on minlərlə işçini işdən çıxarmağa hazırlaşır.

Tencent-in işçilərin sayını 10-15 faiz azaltmağı planlaşdırdığı, Alibaba-nın isə 15 faiz artım edəcəyi və bu rəqəmin 39 min civarında ola biləcəyi bildirilir.

Bütün xəbərlər