Neft bahalaşır, Brent barrel başına $99,73 təşkil edir

08:55 - 17.03.2022


17 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün azaldıqdan sonra cümə axşamı ticarətində artır.

Saat 8:34-də London ICE Futures birjasında ticarət üzrə Brent neftinin May fyuçersləri $1,71 (1,74%) - barrel başına $99,73-ə yüksəldi. Martın 16-da keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin may fyuçersi $1,89 (1,89%) - bir barrelə $98,02-a düşüb.

Saat 8:36-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel fyuçersləri $1,57 (1,65%) - barrel başına $96,61-a yüksəldi. Martın 16-da keçirilən hərracların nəticələrinə görə, WTI-nin aprel fyuçerslərinin qiyməti $1,40 (1,45%) - barrel başına $95,04-ə düşüb.


Bütün xəbərlər