330x110
 

Mayın 5-nə olan hava haqqında məlumat

04.05.2018,15:32


4 may, Fineko/abc.az. Sabah Bakıda və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.

Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27,  Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 65-75% təşkil edəcək.

Bölgələrə gəlincə isə, sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 10-15, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

 

Açar sözlər: hava