Azərbaycandakı beynəlxalq neft-qaz şirkətləri bu qədər gəlir əldə edib - Ötən ilin hesabatı

11:27 - 17.03.2022


17 mart, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft-qaz şirkətləri 2,1 mlrd. ABŞ dolları (3,6 mlrd. manat) məbləğində gəlir əldə ediblər.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2020-ci illə müqayisədə 91% (1,9 dəfə) çoxdur.

Sözügedən şirkətlərin gəlirləri Azərbaycanın qeyri-rezidentlərə ödənişlərinin 67,7%-ni təşkil edib.

Beləliklə, 2021-ci ildə Azərbaycandan qeyri-rezidentlərə ödənişlərin həcmi 3,1 mlrd. dollar (5,3 mlrd. manat) təşkil edib. Bu, illik müqayisədə 34,8% çoxdur.

Bütün xəbərlər