İngiltərə Bankı faiz dərəcələrini artırıb - Bankda iclas keçirilib

16:39 - 17.03.2022


17 mart, Fineko/abc.az. İngiltərə Bankı faiz dərəcələri ilə bağlı iclas keçirib.

ABC.AZ-ın məlumatına görə, iclasda ölkənin əsas Bankı faiz dərəcələrini artırıb.

Proqnozlara uyğun olaraq, Bank uçot dərəcəsini 0,75 faiz artırıb. Bank xəbərdarlıq edib ki, Ukraynadakı müharibə inflyasiyanın daha da artmasına səbəb ola bilər.

Xatırladaq ki, Fed də martın 16-da 3 ildən sonra ilk dəfə faiz dərəcələrini artırıb. Rusiyanın Ukraynaya təcavüzü iqtisadiyyatda qeyri-müəyyənliklərə səbəb olmasına baxmayaraq, İngiltərə Bankı inflyasiya ilə mübarizə aparmaq üçün siyasət faizini 0,5 faizdən 0,75 faizə qaldırıb.

Beləliklə, faiz dərəcələri pandemiyadan əvvəlki səviyyəyə qalxıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər