Mən necə yaşayacağımı bilmirəm – Rus milyarder narazılığa başladı

10:29 - 18.03.2022


18 mart, Fineko/abc.az. Rus milyarderlərə qarşı sanksiyaların tətbiqi artıq narazılıq yaratmağa başlayıb.

ABC.AZ-ın məlumatına görə, bu “Bloomberg”ə müsahibəsində rusiyalı oliqarx, “Alfa Group”un yaradıcısı Mixail Fridmanın timsalında müşahidə edilib.

Oliqarx sanksiyalara görə bank kartlarının dondurulmasından şikayətlənib.

Fridman qeyd edib ki, o, ayda 2,5 min funt-sterlinq məbləğində "məqbul" xərclər üçün icazə istəməlidir.

“Mən necə yaşayacağımı bilmirəm. Həqiqətən də bilmirəm”, - Fridman deyib.

Qeyd edək ki, Mixail Fridman rusiyalı oliqarx və bankirdir.

O, Boris Yeltsinin prezidentliyi dövründə Kremlin siyasi qərarlarına böyük təsiri olan yeddi bankirdən biri hesab olunur.

Bütün xəbərlər