Giləzi-Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yolun açılışı oldu

16:17 - 4.05.2018


4 may, Fineko/abc.az. Xızı rayonuna səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Giləzi-Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yolun açılışında iştirak edib.

Birləşdirən yol, Giləzi-Xızı avtomagistralının 34-cü kilometrindən başlayır və Fındığan kəndinə qədər davam edir.

600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir. Yol, 4-cü texniki kateqoriyaya aiddir. Yolun hərəkət hissəsinin eni 6 metrdir və ikizolaqlıdır.

Yolun yenidən qurulması zamanı genişmiqyaslı torpaq və asfalt-beton işləri görülüb. Yol boyunca 226 metr müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib

Bu yolun istifadəyə verilməsi Fındığan kənd sakinlərinin Giləzi-Xızı avtomobil yoluna və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomagistralına çıxışını təmin edir.

 

Bütün xəbərlər