Pirelli Rusiyadakı fəaliyyətini dayandırdı

11:04 - 18.03.2022


18 mart, Fineko/abc.az. İtaliyanın təkər istehsalçısı Pirelli Ukraynadakı hadisələr fonunda investisiyaların dayandırıldığını və Rusiyadakı müəssisələrin fəaliyyətini məhdudlaşdırdığını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkət açıqlamasında vəziyyəti belə izah edib: "Təhlükəsizliklə bağlı olanlar istisna olmaqla, Rusiyaya investisiyalar dayandırılıb. Rusiyada zavodların fəaliyyəti məhdudlaşdırılacaq".

Şirkət rəhbərliyi məhdudiyyətlərin və investisiyaların həcminin nəzərdə tutulduğuna dair hər hansı əlavə izahatlar təqdim etməyib.

"Pirelli" Ukraynadakı hadisələri davamlı olaraq izləmək üçün böhran komitəsi yaradıb.

Bütün xəbərlər