Azərbaycan son iki ayda bu qədər xam neft ixrac edib – Hesabat

11:54 - 18.03.2022


18 mart, Fineko/abc.az. 2022-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 2 milyard 943 milyon 901 min dollar dəyərində 4 milyon 900 min 369 ton xam neft ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 2 ayı ərzində Azərbaycandan 2 milyard 44 milyon 472 min dollar dəyərində 5 milyon 694 min 291 ton xam neft ixrac edilmişdi.

Xam neftin ixracı dəyər ifadəsilə 899 milyon 429 min dollar və ya 44% artıb, fiziki miqdar ifadəsilə 793 min 922 ton və ya 16,2% azalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər