Neft ucuzlaşır, Brent bir barelə $117,09 təşkil edir

09:30 - 28.03.2022


28 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarətində azalır.

Saat 9:14-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin fyuçersi $3,56 (2,95%) - barrel başına $117,09-a düşüb. Martın 25-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in may ayı üzrə fyuçerslərinin qiyməti $1,62 (1,36%) - barrel başına $120,65-ə yüksəlib.

Saat 9:14-də Nyu-York əmtəə birjasında (NYMEX) may ayında WTI-nin fyuçersləri $3,76 (3,30%) – barrel başına $110,14-dək ucuzlaşıb. Martın 25-də keçirilmiş hərracların nəticələrinə görə, may ayında WTI-nin neft fyuçerslərinin qiyməti $1,56 (1,39%) - barrel başına $113,90-a qədər artıb.


Bütün xəbərlər