Almaniya bu tarixdən Rusiya kömüründən imtina edəcək

11:09 - 28.03.2022


28 mart, Fineko/abc.az. Almaniya artıq bu il Rusiyadan kömür və neft idxalından imtina edə bilər.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, ölkə bu il Rusiyadan kömür və neft idxalı asılılıqdan xilas olmağa çalışacaq. Kansler əlavə edib ki, Rusiya qazının idxalından mümkün qədər tez müstəqil olmaq üçün texniki şərtlər hazırlanacaq.

Eyni zamanda, Almaniya kanslaeri Şolts bildirib ki, Avropa İttifaqı ölkələri hazırda Rusiyanın enerji təchizatından asılıdır və onlardan kəskin imtina “əhəmiyyətli iqtisadi böhrana” səbəb olacaq”.

Bütün xəbərlər