"Qazprom" şirkəti Avropaya qaz nəqlini davam etdirir?

12:26 - 28.03.2022


28 mart, Fineko/abc.az. Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini davam etdirir.

ABC.AZ xəbər verir ki, bunu "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib.

Onun sözlərinə görə, şirkət Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisi ilə müntəzəm rejimdə qaz nəql edir. Şirkətdən bildirilib ki, bu gün müraciətlərə əsasən, qeyd olunan istiqamət üzrə nəql üçün nəzərdə tutulan qazın həcmi 109,5 mln. kubmetr təşkil edir. "Bu da 27 mart tarixinə olan göstərici (109,6 mln. kubmetr) ilə müqayisədə cüzi azdır" deyə "Qazprom"dan bildirilib.

Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.

Bütün xəbərlər