"Ural Airlines" aviaşirkəti Azərbaycanla bağlı qərarı uzatdı

15:57 - 28.03.2022


28 mart, Fineko/abc.az. Rusiyanın "Ural Airlines" aviaşirkəti Azərbaycana bütün reyslərin ləğvini daha bir ay uzatmaq qərarına gəlib.

ABC.AZ xəbər verir ki, Azərbaycandan və Azərbaycana bütün reyslər aprelin 30-dək dayandırılıb. Bundan əvvəl daşıyıcı Qazaxıstana uçuş proqramını ilkin olaraq martın 11-dən 31-dək, daha sonra isə aprelin 30-dək dayandırıb.

Rusiyanın cənub şəhərlərinə uçuşlar aprelin 1-dək təxirə salınıb, növbəti qərar Federal Hava Nəqliyyatı Agentliyinin əmrindən asılı olacaq.

Bütün xəbərlər