Neft ucuzlaşır, Brent neftinin qiyməti $110,74/barel təşkil edir

09:20 - 29.03.2022


29 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün 6% - dən çox düşdükdən sonra, çərşənbə axşamı baş tutan hərracda azalır.

Saat 9:06-da London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin fyuçersi $1,74 (1,55%) - barrel başına $110,74 ucuzlaşıb. Martın 28-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in may fyuçerslərinin qiyməti $8,17 (6,77%) - barrel başına $112,48-a düşüb.

Saat 9:06-da Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin may fyuçersləri $1,48 (1,40%) - barrel başına $104,48-ə qədər aşağı düşdü. Martın 28-də keçirilən ticarət nəticələrinə görə, WTI-nin may fyuçerslərinin  qiyməti $7,94-a (6,97%) - barrel başına $105,96-a düşüb.


Bütün xəbərlər