Çin şirkətləri Rusiya bazarına meyllənir

10:09 - 29.03.2022


29 mart, Fineko/abc.az. Çinin kiçik və orta özəl şirkətləri Rusiya bazarında Qərb şirkətlərinin kütləvi şəkildə geri çəkilməsi ilə bağlı biznes imkanlarını araşdırır və "vakant yeri" doldurmağa çalışacaqlar.

ABC.AZ-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazıb. Qeyd olunub ki, bu Rusiya-Çin ticarətinin artmasına təkan verə bilər.

"Bununla yanaşı, Çinin iri dövlət müəssisələri sanksiyalar risklərini rəhbər tutaraq ehtiyatlı davranmağa üstünlük verəcəklər", - nəşr qeyd edir.

Ekspertlərin izah etdiyi kimi, Qərb biznes oyunçularının Rusiya bazarından geri çəkilməsi Çin üçün imkanlar yaradır.

 

Bütün xəbərlər