Cari ildə BTC ixrac kəməri ilə 77 % neft ixrac edilib

11:31 - 29.03.2022


29 mart, Fineko/abc.az. 2022-ci ilin yanvar-fevral aylarında magistral neft kəmərləri ilə 5 milyon 575 min ton neft nəql edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsin məlumat verib.

Qeyd olunur ki, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə 76,7 % nəqletmə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 4 milyon 276,9 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 800,9 min ton tranzit nefti də nəql edilib.

Bütün xəbərlər