Ekoloji təmiz avtomobillərə əlçatanlıq rahatlaşdırılacaq - Ekspert

12:34 - 29.03.2022


29 mart, Fineko/abc.az. 2019-cu illə müqayisədə Azərbaycana ekoloji təmiz və yeni gətirilən avtomobillər artıb.

ABC.AZ-ın məlumatına görə, bunu ekspert Eldəniz Cəfərov "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" mövzusunda mətbuat konfransında bildirib.

Ekspert həmçinin ömrünü başa vurmuş, ekoloji cəhətdən zərərli avtomobillərin utilizasiyası ilə bağlı həyata keçirilən tədbirlərə də toxunub və bunun icrası üçün özəl sektorla dövlətin qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıb.

E.Cəfərov qeyd edib ki, dövlət ekoloji təmiz avtomobillərin istismarında daha çox maraqlıdır: "Ona görə də yaxın gələcəkdə ola bilər ki, ekoloji təmiz avtomobillərə alçatanlığın rahat olması üçün bir sıra işlər həyata keçirilsin. Bunun üçün özəl sektorla dövlət qurumları qarşılıqlı əməkdaşlıq şəraitində işləməlidir".

Müəllif: Elmir Murad

Bütün xəbərlər