Azərbaycanda enerjidoldurma məntəqələri niyə azdır?

14:07 - 29.03.2022


29 mart, Fineko/abc.az. Hazırda Azərbaycanda elektormobillərin doldurulması üçün 33 enerjidoldurma məntəqələri mövcuddur.

ABC.AZ-ın məlumatına görə, bunu Energetika nazirliyinin rəsmisi Rauf Qurbanov "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" mövzusunda keçirilmiş mətbuat konfransında bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, sözügedən enerjidoldurma məntəqələri ən çox Bakıdadır.

Belə ki, paytaxtda 22 enerjidoldurma məntəqələri mövcuddur. Digər 11-i isə regionlarda yerləşir.

R. Qurbanov qeyd edib ki, hazırda ölkəmizdə enerjidoldurma məntəqələrinin sayının az olması elektromobillərin sayının çox olmaması əlaqədardır. Nazirlik rəsmisi onların sayının artılıması mexanizminə də toxunub: "Elektromobillərin sayı artdıqca enerjidoldurma məntəqələrimiz da çoxaldılacaq. Biz bir müddət əvvəl "TEPSCO" şirkətindən bu məsələdə təkliflər almışıq. Təkliflərdə məntəqələrin qurulması, onların istifadə formasını müzakirə etmişik. Həmçinin bildiyiniz kimi biz adıçəkilən şirkəti asad olunmuş ərazilərdə işbirliyinə dəvət etmişik".

Müəllif: Elmir Murad

Bütün xəbərlər