Azərbaycanın Rusiya və Ukrayna ilə ticarətində əməliyyatlar azalacaq - Proqnoz

16:04 - 29.03.2022


29 mart, Fineko/abc.az. Hazırda bir-birilə siyasi və hərbi qarşıdıruma şəraitində olan Rusiya və Ukrayna Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi rola malik ölkələrdir.

Bəs müharibə Azərbaycanın bu ölkələrə qeyri-neft ixracına necə təsir edib?

ABC.AZ xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İKTM) departament rəhbəri Nicat Hacızadə Report-a açıqlamasında bildirib ki, Azərbaycanın qeyri-neft sektoru ticarətində hər iki ölkənin əhəmiyyətli payı var.

"Rusiya və Ukrayna Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Geosiyasi hadisələr fonunda Azərbaycanın sözügedən ölkələr ilə ticarətində əməliyyatların azalması yüksək ehtimaldır. Habelə, hər iki ölkənin digər ölkələr ilə münasibətdə üstünlüyü azad ticarət faktoru ilə birbaşa əlaqəlidir. Rusiya Federasiyası ilə ticarətdə əsas üstünlük meyvə-tərəvəz məhsullarının payına düşür, Ukrayna ilə ticarətdə isə əsas hərəkətverici qüvvə neft və neft məhsullarıdır. Belə ki, meyvə-tərəvəz və bir sıra aqrar məhsullar Rusiya Federasiyasına ixracın 60 %-a yaxın hissəsini əhatə edir. Ukraynaya ixracın 82,5 %-ini neft və neft məhsulları təşkil edir. Hər iki ölkəyə ixrac məhsulları davam etsə də, alıcılıq baxımından azalması gözləniləndir" deyə N.Hacızadə bildirib.

Bütün xəbərlər