Azərbaycanda orta aylıq əməkhaqqı 1000 manatı ötəcək - Proqnoz

16:40 - 29.03.2022


29 mart, Fineko/abc.az. Bu il Azərbaycanda orta aylıq əmək haqqının ötən illə müqayisədə 0,5% artaraq 811 manata çatması gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin hesabatında bildirilir.

"Bu ildən Azərbaycanda maaşların minimum həddi 250 manatdan 300 manata çatdırılıb. Bu islahatın gələcək illərdə orta maaşın artmasına səbəb olacağı gözlənilir. 2023-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı artımının 0,2%, 2024-2025-ci illərdə isə 0,8% artaraq müvafiq olaraq 992 manat, 1 058 manat və 1 143 manat olması ehtimal edilir", - deyə sənəddə qeyd olunub.

Bütün xəbərlər