Ən məşhur 11 reklamçılar Rusiyadakı fəaliyyətini dayandlrır

10:58 - 30.03.2022


30 mart, Fineko/abc.az. Rusiyanın ən yaxşı 30 reklamçısı sırasında yer alan 11 xarici şirkət Ukraynaya hücumu ilə əlaqədar Rusiyaya reklam investisiyalarını dayandırdığını elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Belə ki, AdIndex sənaye nəşrinin 2021-ci il üçün hazırladığı ən böyük reklamçıların illik reytinqində

PepsiCo, Nestle, Mars Russia, McDonald's, Procter & Gamble, L'Oreal, Reckitt Benckiser, Ferrero, Coca-Cola, Sanofi Aventis, GSK Consumer Healthcare var.

Havas Village şirkətinin baş direktoru (ADV qrupunun bir hissəsi) Andrey Çuvayev hesab edir ki, yaxın gələcəkdə yerli reklamçıların payı artacaq.

Bütün xəbərlər