“HP” şirkəti “Poly”ni alacaq - Müqavilənin dəyəri 1,7 milyard dollardır

11:09 - 30.03.2022


30 mart, Fineko/abc.az. Amerikanın “HP” şirkəti audio və video cihaz istehsalçısı “Poly”ni alacağını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkətdən müqavilə dəyərinin orta hesabla 1.7 milyard dollar təşkil etdiyi bildirilib.

Şirkət “Poly”nin hər bir səhmini 40 dollar ödəməyə hazır olduğunu açıqlayıb. “Hibrid formatın gəlişi işimizə yenidən baxmaq üçün unikal imkan yaradır”, – deyə açıqlamada vurğulanır.

Qeyd olunub ki, sövdələşmənin ləğv ediləcəyi təqdirdə “Poly” 66 milyon dollar ödəməli olacaq. Müqavilənin 2022-ci ilin sonunda bağlanacağı gözlənilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər