Azərbaycanın hava limanı PUA-lardan qorunacaq

14:05 - 30.03.2022


30 mart, Fineko/abc.az. Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının (PUA) aerodrom ərazisi üzərində radiosiqnallarını bloklayaraq PUA-nın icazəsiz uçuşlarının qarşısını alan kompleks sistem tətbiq ediləcək.

 "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) ABC.AZ-a daxil olan məlumata görə, pilotsuz uçuş aparatlarının aerodromlar üzərində və ya uçuş-enmə zolaqlarının yaxınlığında uçuşu reysin gecikdirilməsinə, uçuşun təxirə salınmasına səbəb ola bilər, dronlarla toqquşma və ya onların təyyarənin mühərrikinə düşməsi isə hava gəmisinin zədələnməsi ilə nəticələnə bilər.

Bununla əlaqədar, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün hava məkanı dronların qərəzli və ya qeyri-ixtiyari istifadəsindən qorunması üzrə tədbirlər həyata keçiriləcək.

Bütün xəbərlər