Ötən 2 ayda həyat sığortasından toplanan vəsaitlər artıb - Hesabat

14:20 - 30.03.2022


30 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 63 002,7 min manat sığorta haqqı toplanılıb.

ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 36,6% çoxdur.

Ötən 2 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 115 milyon 304 min manat təşkil edib. Bu isə illik müqayisədə 0,9% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 79,75% azalaraq 10 milyon 447 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 41,4% azalaraq 28 milyon 489 min manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 16,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 24,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci yanvar-fevral aylarında müvafiq olaraq 111,8 manat və 42,5 manat olub.

Bütün xəbərlər