Könüllü sığorta növlərinin hesabına bu qədər sığorta haqqı toplanıb - Hesabat

14:36 - 30.03.2022


30 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bu ilin yanvar-fevral ayları üzrə sığorta sektorunun bəzi göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 143 milyon 136 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,6% çoxdur.

Ötən 2 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 17,6% azalaraq 35 milyon 171 min manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 24 milyon 63 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 63,55% azdır.

Bütün xəbərlər