Azərbaycanda sığorta üzrə mediasiya institutu yaradılacaq

12:35 - 7.05.2018


7 may, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sığorta mübahisələrinin həllinin yeni formasını təklif edir.

ASA-nın məlumatında deyilir ki, assosiasiya sığorta mübahisələrin həlli üçün Azərbaycan üçün yeni bir forma - mediasiya üsulu, yəni məsələni məhkəməyə gətirmədən, həll edilməsini təklif edir.

“Mübahisə mürəkkəb  olduğu və 30 günə qədər müddətdə xüsusi tədqiqat tələb etdiyi halda, mediator şirkət məsələsini dərhal, mediasiya üsulu ilə 1 gün müddətində həll etməyi təklif edir. Sığortalı ilə sığortaçı arasındakı razılaşma nəticəsində mediasiya prosedurunun tətbiq edilməsi barədə saziş (mediasiya qeydi) nəzərdə tutulub”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər