"Qazprom" bu ölkələrə qaz satışını tam dayandıra bilər

11:58 - 31.03.2022


31 mart, Fineko/abc.az. Rusiyanın "Qazprom" şirkəti dost olmayan dövlətlərə qazın nəqlini tam dayandıra bilər.

ABC.AZ-ın məlumatına görə, bu barədə Rusiya mətbuatında qeyd edilib.

Vurğulanıb ki, Rusiya hökuməti hazırda bu imkan nəzərdən keçirir və belə bir addımın nəticələrini dəyərləndirir.

Qeyd edək ki, martın 23-də Rusiya Prezidenti Vladimir Putin dost olmayan dövlətlərə qazı rubla satacağını bəyan edib. G7 ölkələri (ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada) Rusiyanın milli valyutası ilə "mavi yanacağın" tədarükü üçün ödənişdən imtina edib və Rusiya Federasiyasının bu qərarını müqavilələrin birtərəfli qaydada pozulması hesab edir.

Bütün xəbərlər