Nazirlik 14 Federasiyanın fəaliyyətini dayandırdı - Yeni qərar

14:12 - 31.03.2022


31 mart, Fineko/abc.az. Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda bir sıra müvafiq qərarlar qəbul edilib. Kollegiyanın qərarına əsasən, “WKC növləri üzrə Azərbaycan Karate Federasiyası” İB, “Şito-Ryu Karate-Do Federasiyası” İB, “Azərbaycan Coriyo Kunq-Fu Federasiyası” İB, “Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Skayraninq Federasiyası” İB, “Azərbaycan Boulinq İdman Federasiyası” İB, “Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası” İB, “Azərbaycan Aykido Federasiyası” İB, “Azərbaycan Dama Federasiyası” İB, “Alpinizm Federasiyası” İB, “Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası” İB, “Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası” İB və “Budo Döyüş Növləri Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Bütün xəbərlər