Avropa Bankı Azərbaycanla bağlı müsbət proqnoz verdi - ÜDM 5 faiz artacaq

14:25 - 31.03.2022


31 mart, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il üçün ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yaxşılaşdırıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının mart sayında bildirilib.

Sənədə əsasən, bu il Azərbaycanın iqtisadi arımı 5% olması gözlənilir ki, bu da bankın noyabr proqnozu ilə müqayisədə 1 faiz bəndi çoxdur.

EBRD gələn il Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu isə noyabr ayı ilə müqayisədə 0,7 faiz bəndi azaldaraq 2,5 %-ə endirib.

Bütün xəbərlər