Ötən iki ayda ən çox ixrac həyata keçirən dövlət şirkətləri – Siyahı

16:15 - 31.03.2022


31 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-fevral aylarında həyata keçirilən ixracla bağlı göstəricilər açıqlanıb.

ABC.AZ-ın məlumatına görə,  qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Sıralamada növbəti yerləri “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC“, Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC,  “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC tutur.

Müəllif: Elmir Murad

Bütün xəbərlər