“Atəşgah” sığorta qrupu ilin birinci rübündə 21,5 milyon manat toplayıb

13:19 - 7.05.2018


7 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “Atəşgah” sığorta qrupu cari ilin birinci rübü ərzində fəaliyyətinin yekunlarını açıqları.

Qrupun məlumatında deyilir ki, yanvar-mart aylarında şirkətlər qrupu 21,5 milyon manat mükafat yığıb.

“Atəşgah Sığorta” 8,4 milyon manat toplayıb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 16% çoxdur. Şirkətin sığorta ödənişləri 22% artaraq 4,5 milyon manata çatıb”, - məlumatda belə deyilir.

Məlumata görə, şirkət əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər həyata  keçirmişdir. Bu növ üzrə ödənişlər, ötən ilin üç ayına nisbətən 4% artaraq 2,7 milyon manat  təşikil etmişdir.

 “Həyat sığortası üzrə qrupun üzvü olan “Atəşgah Həyat”ın sığorta haqları ilin birinci rübündə 13,1 milyon manat toplayıb, illik 56% artım olub”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər