Azərbaycanın Türkiyəyə qaz nəqli azalıb ya artıb?

17:26 - 31.03.2022


31 mart, Fineko/abc.az. Bu ilin yanvar Türkiyə Azərbaycandan 796,32 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 29% azdır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) verdiyi məlumata görə, 2021-ci ilin yanvarında Türkiyə Azərbaycandan 1 119,23 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və ABŞ- sonra (mayeləşdirilmiş təbii qaz) üçüncü yerdə qərarlaşıb.

Ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

Bütün xəbərlər