Fevralda qeyri-neft sektoru üzrə ixracımız 229,6 mln ABŞ dolları təşkil edib - Hesabat

11:40 - 1.04.2022


1 aprel, Fineko/abc.az. Normallaşma prosesinin davam etdiyi dövrdə Azərbaycanın 2022-ci ilin fevral ayı üzrə ixracı 2,9 mlrd ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə "İxrac İcmalı"nda qeyd edilib.

Hesabat xarakterli məlumatda qeyd edilib ki, qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln ABŞ dolları olub. 2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər