Azərbaycan Mərkəzi Bankı depozit hərracı keçirtdi

14:26 - 7.05.2018


7 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı mayın 7-də növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata görə, Bank hərracda 350 milyon manat cəlb edib.

“Depozit hərracında 917,9 milyon manat təklif edilmişdir. Depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi  8,01% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilmişdir”, - AMB-in məlumatında belə deyilir.

 

 

Bütün xəbərlər