Yeni qadağa gəlir - Bəzi qidalar satışdan çıxarılacaq

16:19 - 1 Aprel 2022


1 aprel, Fineko/abc.az. Bundan sonra Qida Təhlükəsizliyi haqqında qanun layihəsində bəzi yeniliklər ediləcək.

ABC.AZ xəbər verir ki, bunu Xəzər TV-yə Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov bildirib.

Aparat rəhbəri deyib ki, yeniliklərdə nəzərdə tutulan əsas məqamlardan biri qida məhsullarının zənginləşdirilməsidir. Burada çörək və su kimi zəruri tələbat malları xüsusi diqqətdə saxlanacaq.

Yeni qaydalarla bəzi qidaların müxtəlif xəstəliklərə qarşı müalicə məqsədilə satışının da qarşısı alınacaq. Yəni C, D və digər belə vitaminlər apteklərdə dərman vasitəsi kimi satılmayacaq. Yeniliklərə həmçinin istehlakçıların hüquqlarının qorunması məsələləri ilə bağlı əlavələr də daxil ediləcək.