Sənədsiz evlər belə sığortalana bilər - Tövsiyə

16:57 - 1.04.2022


1 aprel, Fineko/abc.az. Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb.

ABC.AZ xəbər verir ki, Mənzil Məcəlləsinin 19-cu maddəsinə əsasən yaşayış sahələrinin itirilməsi (dağılması) və ya zədələnməsi ilə əlaqədar zərərin ödənilməsinə zəmanət vermək məqsədilə yaşayış sahələri qanunvericiliyə uyğun olaraq sığorta oluna bilər.

Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 6.1-ci maddəsinə uyğun olaraq, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan dedikdə fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə sözügedən Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.

Bütün xəbərlər