Ermənistan yoxsullar ölkəsinə çevrilir - İqtisadiyyat kiçilir

11:03 - 4.04.2022


4 aprel, Fineko/abc.az. Ermənistan Mərkəzi Bankı iqtisadi artım proqnozunu nəzərdə tutulmuş 5,3 faizdən 1,6 faizə endirib.

ABC.AZ-ın məlumatına görə, “Moody's” də Ermənistanla bağlı proqnozuna dəyişiklik edib.

Belə ki, tanınmış maliyyə qurumunun proqnozuna əsasən, 2022-ci ildə Ermənistanda iqtisadi artım 1,8, 2023-cü ildə isə təxminən 3 faizə qədər azalacaq.

Ermənistanla bağlı bədbin proqnozlar deputatları da dilə gətirib.

Proqnozdan sonr Hayastan blokunun deputatı Tadzos Avedisyan hökumətin real və adekvat antiböhran tədbirlərinin olmayacağı təqdirdə, ölkədə iqtisadi tənəzzülün qaçılmaz olduğunu vurğulayıb.

Analitiklər isə ölkə iqtisadiyyatının 2022-ci ildə daha 25 faizə qədər azalacağını qaçılmaz hesab edirlər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər