Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına rəsmən başladı

15:01 - 7.05.2018


7 may, Fineko/abc.az. Vladimir Putin dördüncü dəfə rəsmən Rusiya Federasiyasının prezidenti vəzifəsini icra etməyə başladı.

Bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putinin Kremldə inauqurasiya mərasimində ölkə Konstitusiyasına and içdi. Konstitusiya ilə artıq ona 6 il müddətinə, yəni 2024-cü ilə qədər müvafiq səlahiyyətlər  verilir.

Vladimir Putinin and içdikdən sonra Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Vladimir Putinin rəsmi olaraq Rusiya prezidentinin vəzifəsinə keçdiyini elan etdi.

 

Bütün xəbərlər