Yaşayış sahəsinə ehtiyacı olanların diqqətinə - Prezident tapşırıq verdi

10:32 - 5.04.2022


5 aprel, Fineko/abc.az. Azərbaycanda şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc edilməsi və aktuallığının daim təmin edilməsi planlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin aprelin 4-də təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

Bütün xəbərlər