Bakıdan Milana təyyarə ilə uça biləcəksiz - Gələn aydan etibarən

14:28 - 5.04.2022


5 aprel, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İtaliyanın Milan şəhərinə uçuşları bərpa edir.

Bu barədə ABC.AZ-a AZAL-dan bildirilib.

Məlumata görə, xüsusi aviareyslər mayın 21-dən, hər həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq. İtaliyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur.

Bütün xəbərlər