"Danone" şirkəti də Rusiya bazarını tərk edə bilər

16:04 - 5.04.2022


5 aprel, Fineko/abc.az. Rusiya bazarını tərk edən şirkətlər getdikcə artır.

ABC.AZ-ın məlumatına görə, Fransanın "Danone" şirkəti də Rusiya bazarını tərk etməyi düşünür.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik digər təfərrüatlar barədə hələlik məlumat verməsə də şirkətin Rusiyadan getmək istəyi sanksiyalarla əlaqələndirilir.

Qeyd edək ki, Azərbaycana bir sıra "Danone" məhsulları Rusiyadan idxal edilir.

Bütün xəbərlər