Ortaillik infyasiya zəifləyəcək - AİB Azərbaycanla bağlı proqnoz verdi

11:07 - 6.04.2022


6 aprel, Fineko/abc.az. Fərdi istehlakın artım tempinin səngiməsinə baxmayaraq, ölkənin ərzaq təminatında böyük paya malik olan Rusiya və Ukraynadan ərzaq məhsulları idxalındakı fasilələrin yaranması səbəbindən Azərbaycanda istehlak qiymətlərinin orta illik artımı 2022-ci ildə 7% təşkil edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni "Asian Development Outlook 2022" hesabatında bildirilir.

2023-cü ildə isə ortaillik infyasiyanın zəifləyərək 5,3% səviyyəsinə enəcəyi proqnozlaşdırılır.

AİB-ə görə, sosial yönümlü dövlət xərclərinin, dövlət qulluqçularının əməkhaqlarının və minimal əməkhaqqının qaldırılması inflyasiyanın sürətlənməsinə təkan verəcək.

"Neft qiymətlərinin yüksək olması səbəbindən məzənnənin sabit olaraq qalacağı proqnozlaşdırılır. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişməyəcəyi və yaxud inflyasiya təzyiqlərinin möhkəmlənməsinə cavab olaraq qaldırılacağı gözlənilir, hərçənd ki, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə monetar siyasət yumşaldıla bilər", - hesabatda qeyd edilir.

 

Bütün xəbərlər