“Twitter”də yeni dəyişiklik gözlənilir - Mask daha bir funksiya əlavə edəcək

17:24 - 6.04.2022


6 aprel, Fineko/abc.az. “Twitter”in ən böyük səhmdarlarına çevrilən milyarder İlon Mask “Twitter”ə illərdir tələb olunan funksiyanı əlavə etməyi düşünür.

ABC.AZ-ın məlumatına görə, bundan sonra “tvit”lərin redaktəsi mümkün ola bilər. Bunula bağlı sahibkar sosial şəbəkədə sorğu keçirib.

“Düzəliş düyməsini istəyirsinizmi?” sorğusunda əksəriyyət “əlbəttə” cavabını verib. “Twitter”in hazırda baş direktoru vəzifəsini icra edən şəxs Maskın “tviti”ni paylaşaraq, bu sorğunun nəticələrinin əhəmiyyətli olacağını bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər