İndi də Rusiyaya kömür embarqosu başlayır

12:15 - 7.04.2022


7 aprel, Fineko/abc.az. Almaniyanın İqtisadiyyat naziri Robert Habek ötən ay bildirib ki, ölkə Rusiyadan kömür idxalını ən azı yarıya qədər azaldıb.

ABC.AZ-ın məlumatına görə, nazir Avropa Birliyinin ölkədən yanacaq idxalını dayandırmaq qərarına qarşı çıxmayacaqlarını bildirib.

Bununla yanaşı Avropa İttifaqının dünən açıqladığı yeni plana əsasən, yaxın üç ayda Rusiyadan kömür idxalı azalacaq.

Almaniyanın İqtisadiyyat naziri Habeck verdiyi müsahibədə isə Rusiyadan kömür idxalını son 4 həftədə demək olar ki, yarıya endirdiklərini bildirib.

Habeck, "Ancaq sabah kömür idxalını tamamilə bitirmək böyük problem ola bilər. İşin çətin hissəsini tamamladıq və indi hazırıq. Ona görə də embarqoya qarşı çıxmırıq" deyib.

Kömür idxalının nə vaxt tamamilə bitəcəyi ilə bağlı suala Habeck cavabında qeyd edib ki, vaxt məsələsi AB ilə müzakirə olunacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər