Vahid Ələkbərov həyəcan təbili çaldı - Zavodların işi dayana bilər

14:17 - 7.04.2022


7 aprel, Fineko/abc.az. Yanacağın daşınmasında ciddi problemləri olan iri neft şirkətləri təkcə hasilatın azaldılması ilə deyil, həm də neft emalı zavodlarının dayandırılması ilə üzləşə bilər.

ABC.AZ xəbər verir ki, Rusiyanın ikinci ən böyük şirkəti olan “Lukoyl” mazut saxlama qabiliyyətinin olmaması səbəbindən belə risklər barədə xəbərdarlıq edib.

Şirkət öz artığını istilik elektrik stansiyalarına yönəltmək istəyir və ətraf mühitə mənfi təsirə görə yüksək cərimələrin müvəqqəti ləğvini xahiş edir.

Şirkətin sahibi Vahid Ələkbərovun baş nazirin müavini Aleksandr Novaka yazdığı məktubda qeyd edildiyi kimi, “Lukoyl” səmt neft qazının yandırılması üçün oxşar tədbirlərin görülməsini xahiş edir.

Bütün xəbərlər