“Azeri Light” nefti ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,08 dollar bahalaşıb

15:12 - 7.04.2022


7 aprel, Fineko/abc.az. 2022-ci ilin I rübündə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti 102,68 dollar təşkil edib.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini, mətbuat katibi İbrahim Əhmədov məlumat verib.

2021-ci ilin yanvar-mart aylarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 61,6  dollar olub.

Beləliklə, “Azeri Light” markalı neftin qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,08 dollar və ya 1,7 dəfə artıb.

Azərbaycanın 2022-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.

Bütün xəbərlər