Azərbaycanda bu il iqtisadi artım nə qədər olacaq? – Proqnoz

17:33 - 7.04.2022


7 aprel, Fineko/abc.az. "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş proqnozuna əsasən bu il Azərbaycannın ümumi daxili məhsul istehsalı 2,7 % artacaq.

ABC.AZ xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.

Sənədə əsasən, bu, əvvəlki göstərici ilə müqayisədə 0,2 faiz bəndi azdır. Region ölkələrindən Gürcüstan üzrə iqtisadi artım proqnozunu 2,6 faiz bəndi azaldaraq 3,2 %-ə, Ermənistan üzrə 4 faiz bəndi azaldaraq 1,3 %-ə endirib.

 

Bütün xəbərlər