Ağdaş rayonunda yolun tikintisinə 9,6 milyon manat ayrılıb

10:04 - 8.05.2018


8 may, Fineko/abc.az. Azərbaycan prezidenti Ağdaş rayonunun Nehrəxəlil–Kotanarx–Cardam–Tofiqi–Şəmsabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verib.

“Nehrəxəlil–Kotanarx–Cardam–Tofiqi–Şəmsabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,6 milyon  manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb”, - məlumatda belə deyilir.

Nehrəxəlil–Kotanarx–Cardam–Tofiqi–Şəmsabad avtomobil yolu on üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər