Neft ucuzlaşır, Brent bir barelə $100-dan aşağı ticarət edilir

09:00 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Cümə günü baş tutan ticarətdə neft qiymətləri aşağı düşür.

Saat 8 :42-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $0,59 (0,59%) - barrel başına $99.99-ə qədər ucuzlaşıb. Aprelin 7 - də keçirilən hərracların nəticələrinə görə,  Brent-in iyun fyuçerslərinin  qiyməti $0,49 (0,49%) - barrel başına $100,58-ə düşüb.

Saat 8 : 42-də Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin may fyuçersləri $0,41 (0,43%) - barrel başına $95,62-ə qədər düşüb. Aprelin 7 - də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin may  fyuçerslərinin qiyməti $0,20 (0,21%) - barel başına $96,03-a düşüb.


Bütün xəbərlər